Emil Balayevin çıxış etdiyi "Ayntraxt" baş məşqçisiz qaldı

17:11 6 Mart 2016

Almaniyanın "Ayntraxt" klubunun baş məşqçisi Armin Fe istefaya göndərilib. 


Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bunun səbəbi isə komandanın uğursuz çıxış etməsidir.


Qeyd edək ki, milli komandamızın futbolçusu Emil Balayevin çıxış etdiyi "Ayntraxt" klubu 25 turdan sonra 24 xalla 16-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti