Yığma komandamız reytinq cədvəlində irəlilədi

12:39 12 Mart 2016

Stolüstü tennis üzrə Malaziyada keçirilən dünya çempionatı başa çatıb. 

 

Sportarena.az xəbər verir ki, çempionatdakı uğurlu çıxışdan sonra Azərbaycanın stolüstü tennis üzrə qadınlardan ibarət yığma komandası reytinqini daha da yaxşılaşdırmışdır. Belə ki, bundan əvvəl reytinq cədvəlində 77-ci yeri tutan qadınlardan ibarət yığmamız çempionatdan sonra Olimpiya üzrə reytinqdə 53-cü sıraya yüksəlib.

 

Qeyd edək ki, 2015-ci ildə komanda reytinq cədvəlində 86-cı yerdə idi.


Digər xəbərlər

Xəbər xətti