"Mançester Siti" və "Atletiko" 1/4 finalda - YENİLƏNİB

02:29 16 Mart 2016

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün cavab oyunları çərçivəsində daha iki oyun keçiriləcək.


"Atletiko" (Madrid) bu gün doğma meydanda PSV klubunu qəbul edəcək. İlk oyun səfərdən 0:0 hesablı bərabərliklə ayrılan Madrid klubu, bu gün doğma meydanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün vuruşacaq.

 


Günün digər matçı İngiltərədə keçiriləcək. Burada "Mançester Siti" Ukraynanın "Dinamo" klubunu sınağa çəkəcək. İlk oyun səfərdən inamlı nəticə ilə (1:3) geri dönən İngiltərə klubu, bu matçın əsas favoriti sayılır.

 

 

15 mart

 

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar

 

23:45. "Mançester Siti" (İngiltərə) - "Dinamo" (Ukrayna)  0:0
İlk oyun - 3:1 
  

23:45. "Atletiko" (Madrid, İspaniya) - PSV (Hollandiya) 0:0 (əsas vaxt); 8:7(penaltilər seriyası)  
İlk oyun - 0:0


Digər xəbərlər

Xəbər xətti