"Mançester Siti"də ciddi itki: yenə zədələndi

00:01 16 Mart 2016

Hal-hazırda Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarında keçirilən "Mançester Siti" - "Dinamo" matçında "şəhərlilər" ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, "Mançester Siti"nin müdafiəçisi və kapitanı Vinsent Kompani matçın 5-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. 

 

Xatırladaq ki, zədə səbəbi ilə uzun müddətdir ki, yaşıl meydanlardan uzaqda qalan futbolçu bu gün əzələsini dartaraq məcburi əvəzlənib.


Qeyd edək ki, Kompanini meydanda Elisium Manqala əvəzləyib.


Digər xəbərlər

Xəbər xətti