Tahir Gözəl: "Dövlәt bizә yardım edәcәksә..."

Sportarena.az      27 Aprel 2016 , 19:20

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözәl "Qafqazinfo"ya müsahibә verib.


Sportarena.az həmin müsahibəni təqdim edir:


- "Qarabağ" bu dəqiqələrdə "İnter" üzərində böyük hesablı qələbə qazandı. Fikirlərinizi bilmək istərdik.

- "Qarabağ" "İnter"ә qalib gәlib. Hesab böyükdür. Amma biz daha yaxşı komanda istәyirik. Oyundan sonra Qurban Qurbanovla danışacam. "Qarabağ" kifayәt qәdәr yaxşı oynayır. Amma daha yaxşısını istәyirik. Avropada hәdәflәrimiz böyükdür. Bu komanda super oynamır. Biz super "Qarabağ" istәyirik. Migel Madera haqqını verir. Reynaldo da daha yaxşı çıxış edir.

- "Qarabağ"ın super oynamamasının sәbәbi çempionatın sәviyyәsinin aşağı düşmәsi deyil?

- Bәlkә dә. Rәqibin heyәtindә yaxşı futbolçular var. Onlar gәncdirlәr vә sürәtlidirlәr. Bizim komandamız tәcrübәlidir.

- Bunun sәbәbini Qurban Qurbanovdan soruşmusuz?

- Onun öz fikirlәri var. Bunu da onun özündәn soruşmaq lazımdır. Fikrimcә, komandanın Avstriyadakı tәlim-mәşq toplanışının müddәtini artırmaq lazımdır. Bu bizә kömәk edәcәk.

- Yeni transferlәrә ehtiyac var?

- Bunu Qurban Qurbanovun ixtiyarına buraxmışıq. Mәsәlәn, Migel Maderanı gәtirib vә o da ağac kimi meyvә verir. Gözәl oyun göstәrir.

- Konkret olaraq, Çempionlar Liqasının qrupuna düşmәk istәyirsiz?

- Әlbәttә. Komandanın qeyri-mәhdud olmasa da, stabil büdcәsi var. Yәni bunun çәrçivәsindә işlәr görәcәyik. Son zamanlar cәbhәdә vәziyyәt gәrgindir. Biz bu il Avropada yaxşı çıxış etmәliyik. İstәyirәm ki, biz Çempionlar Liqasında oynayaq vә bundan sonra torpaqlarımız da qaytarılsın. Biz fәxr edәk vә çox sevinәk.

- Düşünmürsüz ki, "Qarabağ"ın adına görә dövlәt sizә maddi baxımından kömәk edә bilәr vә komandaya daha yaxşı futbolçular gәtirә bilәrsiz?

- İndiki vәziyyәtdә bizim büdcә artırmağımız mümkün deyil. Özünüz vәziyyәti bilirsiz. Amma dövlәt bizә yardım edәcәksә, bunu mәmuniyyәtlә qәbul edәrik. Amma o da tez zamanda olmalıdır. Çünki vaxtımız azdır. Әgәr elә olsa, biz dә prezidentimiz İham Әliyevә minnәtdar olarıq vә bu futbolçulara, komandaya böyük dәstәk olar. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin