Nurlan İbrahimov: "Qarabağ" FK daim cənab prezident tərəfindən diqqət və qayğı ilə əhatə olunub"

Sportarena.az      28 Aprel 2016 , 16:10

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov müsahibə verib. 


Sportarena.az xəbər verir ki, müsahibədə o, Ağdam klubunun növbəti mövsüm avrokuboklarda ev oyunlarını keçirəcəyi stadion haqda danışıb.

 

- Tofiq Bəhramov adına Respublika stadionunun meydançasında klub tərəfindən yenidənqurulma işləri görülür. Hazırda vəziyyət nə yerdədi? Stadion avrokuboklara qədər hazır olacaqmı?

- Bildiyiniz kimi, son Avroliqa mövsümü zamanı mərkəzi arenanın qazonu sıradan çıxmışdı. Hətta UEFA tərəfindən qrup oyunlarının müfaviq stadionda keçirilməsiylə bağlı tərəddüdlər vardı. Amma qısa zamanda klub rəhbərliyinin adekvat tədbirləri nəticəsində qazon idela hala gətirildi. Amma ot örtüyünün dəyişdirilməsi qaçılmaz idi. Bu il mart ayında başlanmış bərpa prosesi mayın sonunda başa çatacaq. İyunun sonlarına qədər qazonun ideal duruma gəlməsi gözlənilir. Avrokuboklara vəsiqə qazanacağımız təqdirdə qarşılaşmaları bu stadionda keçirmək mümkün olacaq.

- Stadiondan söz düşmüşkən, “Qarabağ”ın avrokuboklarda oyunlarında anşlaq yaranır. İctimayyətdə  tez-tez “Qarabağ”`ın avrokuboklarda daha çoxtutumlu arenada, konkret yeni inşa edilmiş Olimpiya stadionunda keçirilməsi ideyası səslənir. Klubunuzun başqanı Tahir Gözəl də jurnalistlərə sonuncu açıqlamasında bu ideyanı yüksək qiymətlədirib və məsələni nəzərdə saxlayacağını bildirmişdi. Bununla bağlı vəziyyət nə yerdədi?

- Bilirsiz, UEFA-nın qrup mərhələsiylə bağlı xüsusi prosedur qaydaları var. Tahir bəyin məlum görüşdən sonrakı təlimatına əsasən Olimpiya stadionunun Avropa ali futbol qurumuna 2-ci stadionumuz kimi təqdimatını hazırladıq. UEFA bununla bağlı müsbət qərar versə, oyunlarımızı ölkənin ən böyük arenasında keçirmək üçün bir problem qalmayacaq. Təbii ki, bunun üçün ilk növbədə avrokuboklarda uğurlu çıxış, daha üst mərhələlərə yüksəlmək lazımdı. Ən yaxşı halda play-offlara vəsiqə qazanağımız halda bu arenada oynamaq şansımız olacaq. 

- “Qarabağ”ın prezidenti Tahir Gözəl mətbuat nümayəndələri ilə çox sıx-sıx görüşlər keçirir və son görüşdə o, komandada baş tuta biləcək transferlərlə bağlı mesaj verdi. Qurban Qurbanovun istəyəcəyi tədbirdə klubun yeni oyunçularla gücləndirilə biləcəyini söylədi. Bu barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, Tahir bəy mətbuata açıq adamdır. Media ilə davamlı olaraq ünsiyyətdə olur. Klub rəhbərliyi, daim transferlərlə bağlı addımları dəstəkləyir burada qərarverici şəxs baş məşqçimiz Qurban Qurbanovdur. Yeri gəlmişkən, Tahir bəyin dünənki müsahibəsində kiçik bir kontekstdən çıxarış olub, müsahibədə sanki klub rəhbərinin ölkə başçımıza dəstək üçün müraciət etdiyi anlaşılır. Lakin Tahir Gözəl müsahibədə daim dövlətimiz və cənab prezidentimiz tərəfindən dəstək aldığını və buna görə minnətdarlığını ifadə etdi. Dövlət tərəfindən hər hansı dəstək olarsa nə münasibət göstərəcəyimiz barədə suala cavab olaraq isə bildirdi ki, “klubumuza hər hansı dəstək olarsa minnətdar olarıq”. 
Qeyd etməliyəm ki, “Qarabağ” futbol klubu gərəkən bütün tələbləri klubun himayəçisi tərəfindən qarşılanır. “Qarabağ” FK daim cənab prezident tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Bütün müsahibələrində də klub rəhbəri bunu qeyd edib.(qol.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin