"Qəbələ" Azərbaycan çempionu oldu

18:06 30 Aprel 2016

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası Azərbaycan çempionu adını qazanıb. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” bunu XXXII turun “Neftçi” ilə matçından sonra rəsmiləşdirib. 3:0 hesabı ilə qalib gələn Ramin Quliyevin yetirmələri xal hesabını 72-yə çatdırıb. Bununla da ən yaxın izləyicisindən 13 xal uzaqlaşan komanda çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib.


Qeyd edək ki, cari mövsümdə bütün göstəricilərdə rəqiblərindən üstün olan “qırmızı-qaralar” 32 matçda 82 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti