"Qarabağ" "İnter"i Masazırda qəbul edəcək

15:35 2 May 2016

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, mayın 4-də keçiriləcək yarımfinal mərhələsinin cavab matçını "Qarabağ" klubu "Azərsun Arena"da keçirməyəcək. Belə ki, klub cavab oyununda "İnter"i Abşeronun Masazır qəsəbəsindəki "Əlincə" stadionunda qəbul edəcək.

 

Buna səbəb Ağdam təmsilçisinin öz arenasında mayın 5-dən start götürəcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin bəzi oyunlarının keçirilməsidir.


Xəbər xətti