Adrian Skarlatake: "Azərbaycan klubuna keçə bilərəm"

Sportarena.az      2 May 2016 , 21:33

"Xəzər Lənkəran"ın sabiq futbolçusu, "Astra" klubunun heyətində Rumıniya çempionluğu əldə edən Adrian Skarlatakenin müsahibəsi 

- Əvvəlcə sizi çempionluq münasibətilə təbrik edirik. Hansı hissləri keçirirsiniz?
- Çempion olduğumuz üçün çox xoşbəxtəm. Bu, mənim üçün ikinci çempionluqdur. Bunadək Buxarest "Dinamo"su ilə də Rumıniya çempionatının qızıl medallarını qazanmışdım. Çox yaxşı əhval-ruhiyyədəyəm. 

- Amma "Astra" ilə yanvarda bağladığınız yarım illik müqavilə başa çatır...
- Düzdür, başa çatır. Amma yeniləmək imkanım var. Bununla yanaşı, hər hansı komandaya da keçə bilərəm. Ola bilsin, Azərbaycan klubuna da. Hələ bilmirəm. 

- Azərbaycandan da maraqlanan var?
- Bəli, amma hazırda gözləyirəm. Digər ölkələrdən də təkliflərim var. Vaxtı çatanda klubun adını sizə açıqlayacağam. 

- Bir ara "Qarabağ"ın sizinlə ciddi maraqlandığı deyilirdi. Bu, həmin komanda deyil?
- Xeyr, "Qarabağ" deyil. Klubun adını demək istəmirəm. Çünki Azərbaycanda mənimlə maraqlanan kluba keçəcəyimdən əmin deyiləm. Sadəcə, bir həftə gözləmək istəyirəm. Sonrasına baxarıq. 

- Yəqin ki, bu, keçmiş komandan "Xəzər Lənkəran" da deyil...
- Xeyr (gülür). Klubun adını bir həftəyə deyəcəyəm. 

- Yeri gəlmişkən, "Xəzər Lənkəran"ın hazırkı durumu və problemləri ilə maraqlanırsınız?
- Bəli, şübhəsiz ki... Hərdən komandanın bəzi oyunlarına baxıram. Belə mürəkkəb durumda olduqları üçün çox təəssüf edirəm. Ümidvaram ki, vəziyyətləri yenidən yaxşılaşacaq və Premyer Liqada qalacaqlar. Bu, xüsusən, azarkeşlər və Lənkəran sakinləri üçün vacibdir. 

- Klubun sizə də borcu qalıb?
- Bəli, bir az borcları qalıb. Amma daha vacibi odur ki, "Xəzər Lənkəran" FİFA-nın qərarına əsasən, borclu olduğu futbolçulara həmin məbləği ödəsin. Çünki bunsuz çox çətindir.

 

Sportnet.az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin