"Qəbələ" "Neftçi" üçün hazırlaşır

01:13 3 May 2016

Azərbaycan Premyer Liqasının XXXII turunun “Neftçi” ilə ev oyunundan (2:2) sonra məşqlərinə ara verməyən “Qəbələ” bu gün hazırlığını davam etdirib. Günün ilk yarısında bir araya gələn “qırmızı-qaralar” iki qrupda hazırlıq keçib. Çempionat oyununda meydana çıxanlar bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə toplu çalışmalarla növbəti matça hazırlaşıblar. “Neftçi” ilə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununun hazırlığında yalnız Dodo və Sergey Zenyov komanda ilə çalışmayıb. Hər iki legioner fərdi hazırlıq keçib. Roman Qriqorçukun yetirmələri mayın 4-də baş tutacaq matçın hazırlığını sabah yekunlaşdıracaq. Komanda günün ilk yarısında oyunöncəsi son məşqini gerçəkləşdirəcək.
Xatırladaq ki, mayın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti