Boksçumuz Almaniyadan qələbə ilə dönür

13:33 3 May 2016

“Qəbələ” İdman Klubunun boksçusu Fərşid Rüstəmi növbəti döyüşünü keçirib. İdmançımız Almaniyanın Tangerhutte şəhərində Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan peşəkar boksçular arasında döyüşlərdə qüvvəsini sınayıb. Peşəkar rinqdə ikinci sınağına çıxan boksçumuz kubok uğrunda döyüşdə Belarus təmsilçisi Anton Bekişlə üz-üzə gəlib. 63,5 kq çəki dərəcəsində baş tutan qarşılaşmanın 4-cü raundunda rəqibini texniki nokauta salan Farsid kuboka sahib çıxıb. Bununla da o, peşəkar karyerasında 2-ci qələbəsini qazanıb.


Digər xəbərlər

Xəbər xətti