AFFA Əliyar Ağayevin qərarlarını ləğv etdi

12:50 3 May 2016

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. 

Azərbaycan Kubokunun 1/2 mərhələsinin “Neftçi” – “Qəbələ” matçının 84-cü dəqiqəsində Rəşad Sadiqovikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

“Neftçi” – “Qəbələ” matçının 74-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu  Aleksey Qay  və oyunun 86-cı  dəqiqəsində “Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalandırılıb.

İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:

Oyunun 74-cü dəqiqəsində “Qəbələ” klubunun 19 №-li futbolçusu Aleksey Qaya simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunur  (maddə 19) .

Oyunun 86-cı dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunur  (maddə 19) .

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.


Xəbər xətti