Qurban Qurbanov: "Leroyu qaytarmaq barədə düşünmürük"

Sportarena.az      4 May 2018, 23:08

Azərbaycan Kubokunun 1/2 finalının cavab qarşılaşmasında "İnter"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" adını finala yazdırıb.
 
Sportarena.az xəbər verir ki, oyunsonrası keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:
 
"Komandamı, futbolçularımı, rəhbərliyi və azarkeşlərimizi final mərhələsinə vəsiqə qazanmağımız münasibətiylə təbrik edirəm. Ən azı məqsədimiz finala vəsiqə qazanmaq idi. Stadionun rəhbərliyinə təşəkkür edirəm. Sağ olsunlar bizə belə bir şərait yaratdılar. Qarşıda çempionat oyunlarımız var. Hazırlaşmalıyıq.”
 
- Növbəti oyunlarda "Əlincə”nin stadionundan yararlanacaqsınızmı?
- Qeyd etdiyim kimi, stadiondan çox razı qaldım. "Qəbələ” ilə ev oyunumuzu burda oynayacağıq.
 
- "Göztəpə” Leroy Corcu transferə çıxarıb. Onun transferi barədə düşünürsünüzmü?
- Hələ ki, qarşıda oyunlarımız var. Əvvəlki mətbuat konfransında dediyim kimi, Leroyu qaytarmaq barədə düşünmürük.
 
- Finalda yenə "Neftçi”ilə qarşılaşacaqsınız...
- Düşünürəm ki, bu ilki "Neftçi” daha istəklidir. Final mətçında ikiqat istəkli olacaqlar. Final matçına çox ciddi hazırlaşmalıyıq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin