"Neftçi" "Qarabağ"la matça ciddi itki ilə çıxacaq

15:12 5 May 2016

Azərbaycan Kubokunun final matçında "Qarabağ"la qarşılaşacaq "Neftçi" bu matçda ciddi itki ilə çıxacaq.


Sportarena.az xəbər verir ki, komanda finalda Aylton Silvanın xidmətlərindən yararlana bilməyəcək. Belə ki, ötən gün keçirilən "Qəbələ" ilə  yarımfinal  qarşılaşmasında sarı vərəqə alan Aylton Silva cəzalı duruma düşdüyündən final matçında iştirak edə bilməyəcək. 

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" finalı mayın 25-i baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti