"Şəmkir" klubunun baş məşqçisi futboldan 1 illik uzaqlaşdırıldı

12:33 10 May 2016

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan I divizionunda mübarizə aparan “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayevin futboldan 1 illik uzaqlaşdırılması barədə qərar qəbul olunub.

 

“Şəmkir” – MOİK matçının 18-ci dəqiqəsində “Şəmkir” klubunun cəzalı olan baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq komandasının oyunu davam etdirməməyini tələb edib və oyunda 10 dəqiqə məcburi fasilə yaranmasına səbəb olub. Habelə hakimlər briqadasını təhqir edərək onlara hədə-qorxu gəlib. İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

 

Oyunun 18-ci dəqiqəsində “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq oyunda fasilə yaranmasına səbəb olması, habelə hakimlər briqadasını təhqir edərək  hədə-qorxu gəlməsini və bu halın analoji olaraq ardıcıl baş verdiyini nəzərə alaraq məşqçinin 12 ay futbol fəaliyyətinə qadağa qoyulur, klub 1500 manat cərimə olunub.


“Şəmkir” klubu meydançanı özbaşına tərk etdyi üçün, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq klub 1000 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti