Klyuvertin oğlu: "İndi mənim zamanımdır"

12:42 11 May 2016

17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa Çempionatında çıxış edən Hollandiya milli komandasının üzvü, əfsanəvi futbolçu Patrik Klyuvertin oğlu Yustin Klyuvert UEFA-nın saytına müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir: 

- Sizə atanız haqqında tez-tez sual verirlər?

- Yox, yox. Bəzən hakimlər atam haqqında sual verir, lakin bu həmişə olmur.

- Atanızla futbol haqqında danışırsız?

- Bəli, əlbəttə. Hər oyundan sonra ona zəng vururam. O, bütün oyunlarımı izləyir və matçda nəyi düzgün, nəyi yanlış etdiyimi mənə bildirir.

- Məsələn?

- Mənə deyir ki, "bax o topu belə vurmalı idin" və ya "bir az sürərtli oyna". Ya da, əksini deyir, qalib gəldiyimiz matçlarda. Oyunun tempini aşağı salmaq üçün. Bu barədə danışır çox vaxt. Bunları başa salır mənə.

- Bu sizə kömək edir? Yoxsa, qulaqardına vurursuz?

- Kömək edir. Atama qulaq asdıqca dəyişiklikləri hiss edirəm. Onun dediklərini edəndə daha yaxşı çıxış edə bilirəm. Növbəti matçda da atamın dediyi kimi hərəkət etməyə cəhd edəcəyəm.

- Bacarırsınız?

- Bir az. Bəzən. 

- Klyuvert AVRO-2000-in 1/4 finalında het-trik etmişdi...

- Mən fiziki baxımdan atama nisbətən daha cəldəm. Onun boyu hündür idi. Amma gözəl qollar vurmuşduş

- Bu soyad sizə kömək edir?

- Kömək etməsini istəmirəm. Mənim soyadımın Klyuvert kimi yazılması xoşuma gəlir. Amma o soyadı qazanmaq lazımdır.

- Atanızla futbol oynayırsız?

- Tez-tez. Həyətimizdə kiçiq qardaşımla daha çox oynayırıq. Amma böyük meydanda heç vaxt oynamadıq.

- O, yenə hücumçu kimi oynayır?

- Əlbəttə. O, daha çox qollar vurur. Amma o, artıq qocadır, mən isə gəncəm. İndi mənim vaxtımdır.


Digər xəbərlər

Xəbər xətti