Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2015/2016-cı illər mövsümünə yekun vurulub.
Sportarena.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışı “Qəbələ” çempion kimi tamamladısa, “Qarabağ” gümüş, “Sumqayıt” bürünc medallara sahib çıxıb.
Əvəzedicilərin yarışını aktivində 21 qol olan Ehtiram Şahverdiyev bombardir kimi tamamlayıb.
Qeyd edək ki, son turda keçirilən "Rəvan" - "Xəzər Lənkəran" görüşündə 13 qol qeydə alınıb. "Rəvan" evdə Lənkəran təmsilçisinə 9:4 hesabı ilə qalib gəlib.
19 may
"Rəvan" - "Xəzər Lənkəran" - 9:4
Qollar: Milad Bayramov, 17 (0:1), Xanlar Teymurov, 18 (1:1), Turan Babayev, 27 (2:1), Kamran Abdullazadə, 28 (2:2), Xanlar Teymurov, 32 (3:2), Xaqani Sadıqov, 44 (3:3), Əlibəy Məmmədli, 45+1 (4:3), 51 (5:3), Xanlar Teymurov, 55 (6:3), Xaqani Sadıqov, 58 (6:4), Əkbər Əhmədov, 60 (7:4), Nəsirulla Süleymanov, 85 (8:4), Əziz Hüseynov, 90 (9:4)
“Sumqayıt” - “Neftçi” - 1:2
Qollar: Samir İbrahimov, 7 (1:0), Sənan Əbilov, 71 (1:1), Pilağa Mehdiyev, 74 (1:2)
“Kəpəz” - “Qəbələ” - 1:3
Qollar: Ülvi İsgəndərov, 32 (0:1), Fərid Nəbiyev, 61 (0:2), Ülvi İbazadə, 80 (0:3), Ülvi Cəlilov, 81 (1:3)
“İnter” - “Zirə” - 1:3
Qollar: İlkin Muradov, 21 (0:1), Tapdıq Əhmədov, 45+1 (0:2), Camal Camalov, 55 (1:2), Tapdıq Əhmədov, 77 (1:3)
“Qarabağ” - AZAL - 2:1
Qollar: Əl Hərbi Əl Jadeyui, 52 (1:0), Ruslan Hacıyev, 70 (2:0), Zeynal Zeynalov, 80-pen (2:1)