"Qarabağ" "Neftçi" ilə final görüşünün biletlərini satışa çıxardı

Sportarena.az      22 May 2018, 14:10

Mayın 25-də Azərbaycan kubokunun finalında "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" klubu bu matçın biletlərini bugündən etibarən satışa çıxarıb. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolsevərlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.


Qeyd edək ki, "Qarabağ" azarkeşləri üçün 1-13-cü sektorlara olan biletlər nəzərdə tutulub. 1-10-cu sektorlara biletin qiyməti 1 manat, 11-12-ci sektorlara 3 manat, 13-cü sektora isə 5 manatdır.


Xatırladaq ki, "Qarabağ" - "Neftçi" matçı mayın 25-i saat 20:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin