Sportarena.az
27 Aprel 2017

Azərbaycan atleti Brilliant Liqada gümüş medal qazandı

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı atlet Hayle İbrahimov Mərakeşin paytaxtı Rabatda ölkənin hazırkı kralı VI Məhəmmədin şərəfinə keçirilən Brilliant Liqa seriyalı beynəlxalq turnirdə gümüş medal qazanıb. 

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı atlet 3000 metr məsafəni 7 dəqiqə 37,76 saniyəyə qət edib.


İbrahimov yalnız mərakeşli Abdelaati İquiderdən 0,91 saniyə geri qalıb. İlk üçlüyü isə 7 dəqiqə 39,51 saniyə göstərici ilə ispaniyalı Adel Meçaal qapayıb.


Qeyd edək ki, Hayle İbrahimov Azərbaycanın 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış 3 atletindən biridir. Olimpiadaya fərdi proqramla hazırlaşan İbrahimov üçün bu, Brilliant Liqa seriyalı ilk turnir olub.(Report)

Tarix
23.05.16 [14:55]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

27 Aprel
26 Aprel 

Facebook

Sorğu

Azərbaycan kubokunun qalibi hansı komanda olacaq?
 "Qarabağ"
 "Qəbələ"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio