"Çempionatın səviyyəsi aşağı düşüb" – Robert Prosineçki

Sportarena.az      28 May 2016 , 23:46

Avstriyada təlim-məşq toplanışda olan milli komandamızın xorvat çalışdırıcısı Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb.

Sportarena.az həmin müsahibəni təqdim edir:

 
- Komandada son durum nə yerdədi? Sabahkı oyunqabağı motivasiya necədir?
- Sabahkı oyuna motivasiya yetəri qədər yüksəkdi. Düşünürəm ki, futbolçulara bu oyunun əhəmiyyəti barəsində nəsə xüsusi bir şey danışmağa gərək yoxdu. Daha əvvəl Makedoniya ilə milli səviyyəsində 5 oyun olub ki, onun 4-də biz məğlub olmuşuq, birində isə heç-heçə qeydə alınıb. Sabah birinci növbədə yaxşı oyun göstərmək istəyirik. Komandam hazırda tam heyətlə çalışır, “Neftçi” və “Qarabağ”ın oyunçuları toplanışa qoşuldular. Makedoniya güclü komandadır. Bir neçə oyunçuları İtaliyada oynayır, yaxşı gəncləri var. Bilirik ki, bizi çətin matç gözləyir.
 
- Sabah heç-heçə uğurlu nəticə sayılacaqmı?
- Mənimçün sabah nəticə vacib deyil. Əlbəttə heç kim qələbədən imtina etməz, ancaq bu toplanışdı – yoxlama və sınaqlar seçmə mərhələyə hazırlıq üçündür. Əsas vacib olan DÇ-2018-in seçmə mərhələsində ilk matçda San Marinoya qalib gəlməkdir.
 
- Böyük klublarda çıxış etmiş bir keçmiş futbolçu kimi, Prosineçki “Xəzər Lənkəran” kimi bir klubun dağılması haqqında nə deyə bilər?
- Son vaxtlar bir çox klublarımızda maliyyə problemləri yaşanır ki, buna görə də çempionatın səviyyəsi aşağı düşüb. Mən Azərbaycana gələndə tamamilə fərqli “Neftçi” və “İnter” gördüm. “Xəzər Lənkəran”ın olmaması Azərbaycan futbolu üçün böyük itkidir. Ümid edirəm ki, maddi vəziyyət düzələcək və hər şey yaxşılığa doğru dəyişəcək. “Qarabağ” bu mövsüm rəqabətsiz və öz oyununu göstərə bilməyərək çempion oldu.
 
- Növbəti mövsüm böyük ehtimalla 8 komanda ilə keçiriləcək. Sizcə hansı reqlamentdən istifadə olunmalıdır?
- Birinciliyin səviyyəsi qalxsa, bu, milliyə də yaxşı təsir edəcək. Mənim üçün çempionatın səviyyəsi çox önəmlidir. İstərdim ki, gələn mövsüm 10 komandalıq birincilik izləyək. Hansı formatda olacağı haqqında mən nəsə deyə bilmərəm, əsas odu ki, səviyyə qalxsın.
 
- Azərbaycanda çıxış edən legionerlərin milliləşdirilməsi haqqında sizin fikirləriniz necədir?
- Milliləşdirmə asan yoldu. Əlbəttə, əgər əcnəbilərdən kimsə, millini gücləndirə biləcəksə, bu yaxşı olar. Ancaq gəlin uşaq futboluna diqqət ayıraq. Öz Almeydamızı və Reynaldomuzu yetişdirək.
 
- Bugünkü Çempionlar Liqası finalı ilə bağlı proqnozunuz da maraqlıdır...
- “Real” bu cür turnirlərdə çox təcrübəlidir. Necə qalib gələcəyini bilir. “Atletiko” isə təcrübəsizdir. Ona görə də, bir azca üstünlüyü “kral klubu”na verirəm.)apasport.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin