Mahmud Qurbanov: "Heç kim Xəzər Lənkəranın dağılmasını istəməzdi"

Sportarena.az      29 May 2016 , 18:11

Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov azerisport.az saytına müsahibə verib.


Sportarena.az həmin müsahibəni təqdim edir:

- Öncə yığmamızın Andorraya qarşı keçirdiyi yoxlama oyunu barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Maraqlı oyun alındı. Bizim 2-3 qol vəziyyətimiz olsa da, uşaqlar ondan yararlana bilmədilər. Onları dəyərləndirsəydilər, qələbə qazana bilərdik.

- Millimizin meydana eksperimental heyətlə çıxması oyuna nə dərəcədə təsir göstərdi?
- "Qarabağ"la "Neftçi"nin futbolçuları heyətdə yox idi. Onlar oyundan bir gün öncə kubokun finalında oynamışdılar. Belədə digər futbolçular özlərini göstərmək imkanı qazanmışdı. Robert Prosineçki onları oyunda sınamaq qərarına gəldi. Bəzisi hətta əsas heyətdə meydana çıxmışdı. Bu, qələbə qazana bilməməyimizin əsas səbəbi sayıla bilməz. Biz qələbə qazanmaq istəyirdik. Təbii ki, qolsuz heç-heçə bizi qane etmədi. Prosineçki də yığmadan həm yaxşı oyun, həm də nəticə gözləyir.

- Qarşıdakı Makedoniya və Kanada ilə oyunlarda qələbə qazana biləcəyik?
- Bu oyunlara əsas heyətlə çıxacağıq. Çünki bu oyunlardan sonra seçmə mərhələyə qədər futbolçuları yoxlamaq imkanımız olmayacq. Prosineçki bəzi gənclərə də oynamaq imkanı yarada bilər. Onların potensialını görmək istəyirik. Bu oyunlar bizim üçün çox vacibdir.

- Makedoniya yığması reytinqcə zəif görünsə də, futbolçuları Avropada çıxış edir. Bu rəqibə qalib gələ biləcəyik?
- Bu rəqibə qarşı təkcə yaxşı oynamaq yox, həm də qalib gəlmək istəyirik. Heyəti baş məşqçi müəyyənləşdirir. Təkcə Makedoniyaya yox, Kanadaya da qalib gəlmək hədəfimiz var.

- Yəqin ki, "Xəzər Lənkəran"la bağlı məlum qərardan xəbəriniz var. Sizin bu qərara münasibətiniz necədir?
- Bu, Azərbaycan futbolu üçün çox pis oldu. Bu komanda ilə uğurlarım olub. Təbii ki, bu xəbər məni də üzdü. Belə bir iddialı klub fəaliyyətini dayandırmamalı idi. Ümid edirəm ki, gələcəkdə də olsa, bu klub çempionata qayıdacaq. "Xəzər Lənkəran" Azərbaycan futbolunda iz qoymuş klubdur. Heç kim belə bir klubun fəaliyyətini dayandırmasını istəməzdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin