"Borussiya"dan növbəti transfer

10:03 6 İyun 2016

Dortmund "Borussiya"sı heyətini daha bir futbolçu ilə gücləndirib.
 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Loryan"ın sol cinah müdafiəçisi Rafael Querreyronu transfer edib. Portuqliya millisinin üzvü olan 22 yaşlı futbolçu "Borussiya"ya 12 milyon avroya başa gəlib.
 

Dortmund "Borussiya"sı AÇ-2016-dan sonra bu transferi ictimaiyyətə təqdim edəcək.


Digər xəbərlər

Xəbər xətti