Bədii gimnastlarımız Astanada uğurla çıxış ediblər

17:11 29 İyun 2016

Astanada bədii gimnastika üzrə “Zhuldyz-Cup” adlı beynəlxalq turnir keçirilib.

 

Sportarena.az xəbər verir ki, yarışda ölkəmizi böyüklərin proqramında Yuliya Solovyova, gənclər arasında isə Dərya Farşbafşəhriyari, Darya Sorokina və Yelizaveta Luzan təmsil ediblər.


Beynəlxalq arenada debüt edən Yuliya Solovyova topla final çıxışında medalın bir addımlığında dayanıb. Gənc gimnast Darya Sorokinanın gürzlərlə final çıxışı ona qızıl medal qazandırıb. Topla çıxışına görə isə o, gümüş medala sahib olub. Dərya Farşbafşəhriyari isə iplə finalda çıxış edərək üçüncü yerlə kifayətlənib.


“Zhuldyz-Cup” ilə yanaşı təşkil olunan “Baby Cup” yarışında isə Dərya Farşbafşəhriyari çoxnövçülükdə 1-ci olub.


Xəbər xətti