"Sumqayıt"la müqaviləsi başa çatdıqdan sona "İnter"ə transfer olunan milli komandamızın sabiq yarımmüdafiəçisi Pərdis Fərcad-Azad futbolinfo.az saytına müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir: 
                       
                                               
                        
 
                
                              
- Hazırlıqlar yaxşı gedir, hər şey qaydasındadı. “İnter”də oynayıb, özümü göstərib, komandaya kömək etmək istəyirəm.  
                       
                                               
 
                
                              
- Baş məşqçi ilə söhbət etmisənmi, səndən tələbi nədi? 
- Komandaya yeni gəlmişəm deyə, baş məşqçi ilə ətraflı söhbət etmək imkanım olmayıb. Amma gələcəkdə vəziyyət necə olacaq, görəcəyik.   
                       
                                               
 
                
                              
- “Sumqayıt”dan ayrılmağına səbəb nə oldu? Baş məşqçi Samir Abasov belə istədi, yoxsa özün ayrıldın? 
- Müqaviləmin müddəti başa çatmışdı. Sonra isə “İnter”dən təklif gəldi və bura keçməyi qərara aldım.  
                       
                                               
 
                
                              
- Necə düşünürsən, “İnter”dəki çıxışınla milliyə qayıda biləcəksən? 
- Bəli, çalışacam ki, özümü göstərib yenidən millinin formasını geyinim.  
                       
                                               
 
                
                              
- Pərdis, son vaxtların ən çox danışılan məsələlərindən biri də yayılmış videogörüntülərindi... 
- Xeyr, bu haqda danışmaq istəmirəm. (bu vaxt getmək istəyir)  
                       
                                               
 
                
                              
- Hamıya sənin açıqlamaların maraqlıdı, danışıb ən azı günahkar olmamağın haqda nəsə bir şey deyə bilərsən...  
                       
                                               
 
                
                              
- Bu hadisə 4 il əvvəl olub...
- Bəs niyə bu məsələ “İnter”ə keçdikdən sonra ortalığa çıxıb? 
- Mən də bilmirəm ki, bunu kim və niyə məhz indi edir. Bəlkə də kimsə pisliyimi istəyir. Videonu kim yayıb, heç onu da bilmirəm. İlk dəfə görəndə pis oldum.  
                       
                                               
 
                
                              
- Komanda yoldaşların bu məsələyə nə münasibət bildirdi? 
- Biz belə şeyləri danışmırıq. (gülür) 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
