Özil: "Ronaldo kimi qola ac biri deyiləm"

16:51 3 İyul 2016

Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil "Real"dakı sabiq komanda yoldaşı Kriştiano Ronaldo haqda maraqlı fikirlər səsləndirib.


Türk əsilli alman futbolçu Ronaldo kimi qola ac oyunçu olmadığını bildirib:

"Ronaldo çox iddialı və özəl bir futbolçudur. "Real"da oynadığım dönəmdə onu daha yaxşı tanıdım. O, yoxlama görüşü də olsa, hər zaman qalib gəlmək istəyir. Heç vaxt öz oyunundan razı qalmaz. Həmişə daha çox qələbə qazanmaq istəyir. Özümə gəlincə Ronaldo kimi qola ac biri deyiləm. Belə olması da normaldır. Çünki Ronaldo hücumçu, mən isə yarımmüdafiəçiyəm. Mənim üçün qol vurmaqla ötürmə vermək eyni şeydir. Çünki hər ikisi komandaya qələbə qazandırır".


Qeyd edək ki, Özil "Arsenal"dan öncə 3 il "Real"da Ronaldo ilə birgə çıxış edib.


Digər xəbərlər

Xəbər xətti