Ağır Atletika Federasiyası şikayət edəcək

17:28 4 İyul 2016

Azərbaycan Ağır Atletika Federasiyası Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
 
Bununla əlaqədar olaraq federasiya beynəlxalq hüquq şirkətlərinə müraciət etmək niyyətindədir.

Qurum müsbət nəticəli dopinq testlər ilə bağlı dünyada baş verən son hadisələrin Azərbaycan atletlərindən yan keçmədiyini, buna görə IWF-in idmançıların diskvalifikasiyası haqqında qərarının suallar doğurduğunu və bu suallara cavab almağa ümid etdiyini bildirib.

Qeyd edək ki, bir müddət öncə IWF Azərbaycan ağırlıqqaldıranlarının dopinq testlərinin müsbət nəticələnməsi səbəbindən ölkənin bu idman növü üzrə lisenziyalarını ləğv edib (Sportnet.az).


Xəbər xətti