Sportarena.az
20 Fevral 2017

Daha bir ağırlıqqaldıranımız dopinqdə "ilişdi"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Ağır Atletika Federasiyası Pekin Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən daha 3 idmançının adını açıqlayıb. 

 

Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycan millisinin ağırlıqqaldıranı Sərdar Həsənov da var.
 

Belə ki, Pekin-2008-də 31 yaşlı idmançımızdan götürülən analiz təkrar yoxlamada müsbət nəticə verib. Onun orqanizmində deqidroxlorometiltestosteron aşkarlanıb. Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası Həsənovu, həmçinin Tiqran Martirosyan (Ermənistan) və Sibel Ozkanı (Türkiyə) yekun qərar verilənədək bütün yarışlardan diskvalifikasiya edib. Əgər dopinqdən istifadə təsdiqlənərsə, onların cəzaları açıqlanacaq.
 

Maraqlıdı ki, Çin paytaxtında 62 kq çəki dərəcəsində podiuma çıxan Sərdar çıxışını başa vurmayıb. O, birdən qaldırma hərəkətində 3-cü cəhdində 128 kq çəkini ram etsə də, təkanla qaldırmada sifariş etdiyi 152 kq çəkinin öhdəsindən gələ bilməyib.
 

Qeyd edək ki, Həsənova kimi yığmamızın digər üzvü Boyanka Kostova da London-2012-də istifadəsi qadağan olunan preparatlardan istifadədə günahlandırılıb. Onun orqanizmində deqidroxlorometiltestosteron və stanozolol maddələri aşkarlanıb. Milliləşdirilmiş legionerimiz Beynəlxalq Ağır Atletika Federasiyasının yekun qərarını gözləyir.
 

Kostova və Həsənovdan fərqli, ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin Xristovun həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb və yığmamız Rioya qazandığı 4 lisenziyadan məhrum edilib.(apasport.az)

Tarix
08.07.16 [10:27]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

20 Fevral
19 Fevral 

Facebook

Sorğu

Hansı futbolçumuz daha yaxşı legioner həyatı yaşayır?
 Kamran Ağayev
 Emin Mahmudov
 Eddi İsrafilov
 Dmitri Nazarov
 Deniz Yılmaz
 Tuğrul Erat

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio