Futzal millimiz Özbəkistanla qarşılaşacaq

17:30 11 İyul 2016

Futzal üzrə Azərbaycan yığması dünya çempionatının final mərhələsinə hazırlığı davam etdirir. Miltinyonun rəhbərliyi altında hazırlıq keçən komandamız artıq sınaqçı rəqib də tapıb. Belə ki, avqustun 16-17-də komandamız Özbəkistanla yoxlama oyunu keçirəcək. Hansı ki, özbəklər də qarşıdakı DÇ-yə hazırlaşırlar. Hazırda millimiz üçün yeni rəqib axtarışı da davam edir. Danışıqlar uğurlu alınsa, avqustun əvvəlində futzalçılarımız daha iki yoxlama matçına çıxacaqlar.


Digər xəbərlər

Xəbər xətti