"Barselona"nın futbolçusu rəsmən alman klubunda

01:18 22 İyul 2016

“Barselona”nın gənc xorvat futbolçusu Alen Haliloviç karyerasını Bundesliqada davam etdirəcək.

Gənc futbolçu yeni mövsümdən “Hamburq”un heyətində mübarizə aparacaq. 20 yaşlı futbolçu rəsmən “Hamburq” klubunda tibbi müayinədən keçdi. Onun transferi alman təmsilçisinə 5 milyon avroya başa gəldi. “Barselona” klubu istəsə, bir ildən sonra 10 milyon avro, iki ildən sonra isə 12.5 milyon avro verərək oyunçunu geri qaytara bilər.


Xəbər xətti