Riodakı "Zirvəçi"lərin sayı 4-ə çatdı

21:52 22 İyul 2016

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Rio Olimpiadasında iştirak edəcək ağır atletlərin tam siyahısını açıqlayıb. 91 ölkədən 260 atletin yarışacağı bu nəhəng turnirdə “Zirvə”nin də imzası olacaq.

Olimpiadada klubumuzun 4 nümayəndəsinin iştirakı dəqiqləşib. Onlardan biri qadın, üçü kişi atletdir. Daha bir atlet isə sabiq “Zirvəçi” Nicat Rəhimovdur. O, hazırda Qazaxıstan yığmasının şərəfini qorusa da, dəstəyimiz, diqqətimiz daima onunladır.

“Zirvə” Beynəlxalq İdman Klubunu rəsmi təmsil edəcək atletlər isə aşağıdakılardır:


1.    Volodimir Hoza         94 kq    Ukrayna     Jidaçiv-Zirvə
2.    Sergey Çeşir             69 kq    Moldova     Kişinyov-Zirvə
3.    Dumitru Kaptari        77 kq    Rumıniya    Kişinyov-Zirvə
4.    Morqan Uitni Kinq    48 kq     ABŞ           Finiks-Zirvə

Onların hər biri peşəkar, güclü, qələbə əzmi və mübarizlik ruhuna malik böyük atletlərdirlər. Dünya ağır atletikasının inkişafına xidmət edən “Zirvə” bu atletlərimizə uğurlar arzulayır, bizləri fəxri kürsünün ən yüksək pilləsindən salamlamalarını diləyirik. 


Digər xəbərlər

Xəbər xətti