Budaq Nəsirov: "Sevincdən özümdə deyildim"

23:15 25 İyul 2016

Portuqaliyanın "Sportinq" klubuna transfer olunan Budaq Nəsirov bu keçidlə bağlı fikirlərini bölüşüb. O, klub saytına açıqlamasında öncə bunları söyləyib: "Burada olduğum üçün çox şadam. Komandaya kömək etməyi çox istəyirəm. Klubun məni istəməsi, transfer etməsini yüksək qiymətləndirirəm. Agentimə də minnətdaram ki, uzun müddət mənim üçün belə bir imkan axtardı. Sevincimdən özümdə deyildim. Çünki "Sportinq" Avropanın ən böyük klublarından biri hesab olunur".

20 yaşlı xavbek portuqal dilini bilməsə də, tezliklə onu öyrənməyə çalışacağını bəyan edib: "Meydanda öz keyfiyyətlərimizi nümayiş etdirməyə çalışacağam. Məni tanımayanlara onu demək istərdim ki, məşqlərimizə, oyunlarımıza gəlsinlər və necə olduğumu meydanda öz gözləri ilə görsünlər".

Nəsirov həmçinin komandaya faydalı olmaq üçün əlindən gələni edəcəyini bildirib: "Ona söz verə bilərəm ki, meydanda özümü daim yaxşı tərəfdən göstərməyə, yüz faiz güc sərf etməyə çalışacağam. Bu, istər məşqlərə, istər yoxlama oyunlarına, istərsə də rəsmi matçlara aiddir. Öz üzərimdə həmişə ürəkdən çalışmışam və meydanda var gücümü qoymuşam".

 


Xəbər xətti