İsrail çempionatında da "Zirvə"nin səsi zirvədən gəldi

10:32 28 İyul 2016

İyulun 22-23-də İsrailin Aşdod şəhərində ağır atletika üzrə ölkə çempionatı keçirilib. Yarışda “Beer-Şeva-Zirvə” klubunun iki qadın nümayəndəsi iştirak edib. Onlar 1 qızıl və 1 bürünc medalla fərqləniblər.
Tal Levi +75 kq çəki dərəcəsində çıxış edib. O, toplam 138 kq (59+79) nəticə ilə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Marina Muşik isə daha yaxşı yarışıb. O, toplam 168 kq (78+90) nəticə göstərib və ölkə çempionu adını qazanıb. O, həm də qadınların yarışında mütləq qalib adına da layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti