Almaniya millisinin əfsanəvi futbolçusu karyerasını başa vurdu

Sportarena.az      29 İyul 2016 , 13:17

Bastian Şvaynştayger Almaniya millisindəki karyerasını bitirdiyini açıqladı.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı futbolçu bu barədə şəxsi "twitter" hesabında məlumat paylaşıb.


2004-cü ildən Almaniya millisində çıxış edən Şvaynştayger 120 rəsmi matçda meydana çıxıb və 24 qol vurub. Yığma komandanın kapitanı millinin heyətində 4-cü ən çox oyun keçirən futbolçudur.


Xatırladaq ki, yarımmüdafiəçi Almaniya millisinin heyətində 4 dəfə Avropa çempionatında və 3 dəfə Dünya çempionatında iştirak edib. O, millidə çıxış etdiyi müddət ərzində  DÇ-2014-da qızıl, DÇ-2006 və DÇ-2010-da bürünc, AÇ-2008-də isə gümüş medal qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin