Rusiya ağır atletləri “Rio-2016”dan kənarlaşdırıldılar

23:45 29 İyul 2016

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) ağır atletika üzrə Rusiya yığmasını tam heyətlə 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarından kənarlaşdırıb.

Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

IWF-in qərarı Maklarenin hesabatı əsasında qəbul olunub.

“IWF-in İcraiyyə Komitəsi Rusiya ağır atletlərinin “Rio-2016”-da iştirakı məsələsini diqqətlə araşdırıb. Tədqiqata Riçard Maklarenin rəhbərlik etdiyi WADA müstəqil komissiyasının materialları daxil edilib. Tatyana Kaşirina və Anastasiya Romanova Rusiya Olimpiya komitəsi tərəfindən kənarlaşdırılmışdı. Turnirdən kənarlaşdırılan daha dörd idmançının adı isə Maklarenin hesabatında qeyd olunub”, - məlumatda deyilir.


Xəbər xətti