Teymur Məmmədov 1/4 finalda!

Sportarena.az      12 Avqust 2016 , 10:13

Azərbaycan boksçusu, birinci Avropa Oyunlarının qalibi, London Olimpiadasının mükafatçısı, Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədovun “Rio-2016”da keçirdiyi ikinci görüşü idmançımızın qələbəsi ilə yekunlaşıb.


81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz səkkizdəbir final mərhələsində hollandiyalı Peter Müllenberqlə üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Teymur Məmmədov dörddəbir final mərhələsinə vəsiqə qazanıb.


Xatırladaq ki, Teymur Məmmədov Rio Olimpiadasına lisenziyanı Bakıda keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində təmin etmişdi.


Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə yarışan Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (56 kq), Abdulqadir Abdullayev (91 kq) və Pərviz Bağırov mübarizəni dayandırıb. Olimpiadada keçirdikləri ilk görüşlərində qələbə qazanan Kamran Şahsuvarlı (75 kq), Albert Səlimov (60 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və Lorenso Sotomayor (64 kq) isə çıxışlarını davam etdirirlər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin