Almaniya Olimpiadanın qalibi oldu

12:14 20 Avqust 2016

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında qadın futbolçular arasında baş tutan yarışın final oyunu keçirilib.


Sportarena.az xəbər verir ki, final görüşündə İsveç və Almaniya yığma komandaları üz-üzə gəlib.  Görüş almanların 2:1 hesabı ilə başa çatıb.


Bununla da, Almaniya tarixində ilk dəfə Olimpiya Oyunlarının qalibi olub.


Xəbər xətti