"Rio-2016"da təzələnən rekordlar

Sportarena.az      22 Avqust 2016 , 22:17

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında bir sıra rekordlar qeydə alınıb.

 Çin təmsilçisi Lyu Xiaojun kişilərin 77 kq çəki dərəcəsində 177 kq qaldıraraq Olimpiya və dünya rekordunu yeniləyib.
Cənubi Afrika təmsilçisi Uayne van Niekerk kişilərin 400 m məsafəyə qaçışında finiş xəttinə 43.03 saniyəyə çataraq dünya rekordunu təzələyib.

Efiopiya təmsilçisi Almaz Ayana qadınların 10.000 m-lik məsafəyə qaçışında dünya rekordunu qıraraq ölkəsinə ilk qızıl medalı qazandırıb.
İran təmsilçisi Rostami Kianuş ümumilikdə 396 kq qaldıraraq özünün əvvəlki 395 kq-lıq dünya rekordunu təzələyib.
ABŞ təmsilçisi Mörfi Rayan arxası üstə üzgüçülük üzrə özünün London Olimpiya Oyunlarında qırdığı dünya rekordunu təzələyərək qızıl medalı komanda hesabına yazdırıb.
Gürcüstan təmsilçisi Laşa Talaxadze kişilərin 105 kq-da ağırlıq qaldırma yarışlarında ümumilikdə 473 kq qaldıraraq Olimpiya və dünya rekordunu qırıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin