"Qəbələ"nin rəqibi futbolçusunu icarəyə verdi

10:53 30 Avqust 2016

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibli olan "Maynts" müdafiəçisi Pyer Benqtssonu icarəyə verib. 
 

Sportarena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi "Bastiya"nın şərəfini qoruyacaq. Məlumata görə futbolçu Liqa 1 təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
 


Qeyd edək ki, İsveç millisinin də üzvü olan Benqtsson ötən ildən "Maynts"ın şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti