Ağır atletlərimiz İordaniyada daha 1 qızıl, 1 gümüş medal qazandı

Sportarena.az      7 Sentyabr 2018, 13:13

İordaniyanın paytaxtı Amman şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı davam edir. 2-8 sentyabr 2016-cı il tarixlərində keçiriləcək yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri ilə də çıxış edirlər. Bu gün daha iki atletimiz – Rövşən Fətullayev və Nailxan Nəbiyev mübarizəyə qoşulublar. Onlar 94 kq çəki dərəcəsində yarışıblar və uğurlu nəticə əldə ediblər. Sevindiricidir ki, qızıl medal uğrunda mübarizə iki Azərbaycan atleti arasında gedib.
Nailxan Nəbiyev birdən qaldırma hərəkətində 147 kq, təkanla qaldırma hərəkətində isə 191 kq-ı ram edib. O, toplam 338 kq (147+191) nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Rövşən Fətullayev isə birdən qaldırma hərəkətində 155 kq-ı başı üzərinə qaldırıb. Altetimizi təkanla qaldırmada 200 kq-a güc gəlib. Toplam 355 kq (155+200) nəticə göstərən Fətullayev bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb.
 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin