Sportarena.az
27 May 2017

Gənc ağırlıqqaldıranımız Avropa üçüncüsü oldu

12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Novı Tomısl şəhərində yeniyetmə və gənclər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatında idmançımız İsmayıl Məmmədov yığmamızın aktivinə bürünc medal yazdırıb.


Sportarena.az xəbər verir ki, qitə birinciliyində gənclər arasında ölkəmizi təmsil edən İsmayıl Məmmədov (50 kq) birdən 81 kiloqram, təkanla isə 93 kiloqram ağırlığın öhdəsindən gələrək cəmi 174 kiloqram nəticə ilə Avropa çempionatının bürünc medalını qazanıb.


Bu gün keçiriləcək yarışlarda Azərbaycan yığma komandasının daha üç üzvü - Səbinə Əzimova, Fuqan Əliyev və İsa Rüstəmov medallar uğurunda mübarizəyə qoşulacaqlar.


Xatırladaq ki, ötən gün atletimiz Rüstəm Qasımov də Azərbaycanın aktivinə qitə birinciliyinin bürünc medalını yazdırmışdı.


Avropa çempionatına sentyabrın 17-də yekun vurulacaq.

Tarix
12.09.16 [11:53]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio