Millimizin baş məşqçisi: "İlk oyunda qələbə qazanmaq istəyirik"

14:52 12 Sentyabr 2016

Futzal üzrə dünya çempionatının final mərhələsində keçiriləcək Mərakeş – Azərbaycan oyunu ilə bağlı FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransında millimizin baş məşqçisi Milton Luis Ziller Junior oyunla bağlı fikirlərini bölüşüb.


Sportarena.az xəbər verir ki, baş məşqçimiz oyunla bağlı bunları deyib:

"Yaxşı hazırlıq keçmişik. İlk dəfə iştirak edəcəyimiz dünya çempionatına hazırıq. İlk oyunda qələbə qazanmaq istəyirik. Mərakeş millisinin Afrika çempionatındakı bəzi oyunlarını izləmişik. Rəqibimiz haqda xoş sözlər deyə bilərəm. Onlar taktiki planda yaxşı təşkilatlanmış komandadır. Top özlərində olan zaman sürətli oynamağa çalışırlar. Oyunçuları fərdi qabiliyyətlərinə görə də seçilirlər. Asan oyun olmayacaq. Amma azarkeşlərimiz bizdən qələbə ilə start gözləyir. Təşkilatçılıq da yüksək səviyyədədir. Bu cür gözəl arenada layiqli mübarizə aparmaq lazımdır".


Xəbər xətti