Qadın atletimiz ikiqat Avropa çempionu oldu

00:10 13 Sentyabr 2016

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi davam edir. Sentyabrın 9-17-də baş tutacaq yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər. Bu gün “Lənkəran-Zirvə” atleti, ötən il İsveçin Landskrona şəhərində keçirilən 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyinin qalibi və rekordçusu Səbinə Əzimova yaşı 17-yə qədər olan qızların 48 kq çəki dərəcəsində mübarizəsinə qoşulub.
Səbinə birdən qaldırma hərəkətində 65 kq-ı ram edən atletimiz bu hərəkətdə Avropa 3-cüsü ola bilib.
Təkanla qaldırma hərəkətində 87 kq-ı ikinci yanaşmasında qaldıran “Lənkəran-Zirvə” təmsilçisi elə bu cəhddəcə bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb.

Səbinə toplam 152 kq (65+87) nəticə göstərərək karyerasında ikinci dəfə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.


Digər xəbərlər

Xəbər xətti