Azərbaycan medallarının sayını artırdı

15:09 13 Sentyabr 2016

Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu 15-ci Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

İdmanxeber.com-un məlumatına görə, qaçış yarışlarının finalında 200 m məsafəni 23,80 saniyəyə qət edən Çebanu final xəttinə 3-cü çatıb. İdmançımız bundan öncə 100 metr məsafəyə qaçışda gümüş medal qazanmışdı.

Hazırda Azərbaycan yığmasının hesabında 1-i qızıl, 3-ü gümüş, 2-si bürünc olmaqla cəmi 6 medal var.


Xəbər xətti