Daha 6 idmançımız Rioda mübarizəyə başlayır

15:52 14 Sentyabr 2016

2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın daha 6 atleti mübarizə aparacaq.

 100 metr məsafəyə arxası üstə üzmədə Dmitri Saley və Raman Saley çıxış edəcək.

50 metr məsafəyə atıcılıq yarışlarında Yelena Taranova mübarizə aparacaq.

Kişilərin 100 metr məsafəyə qaçışında Elmir Cəbrayılov hamıdan sürətli olmağa çalışacaq. Daha bir atlet Hüseyn Həsənov isə uzunluğa tullanma yarışlarında iştirak edəcək.

Elşən Hüseynov isə pauerliftinqdə medalçılar sırasına düşmək üçün mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 8 medal (1 qızıl, 5 gümüş və 2 bürünc) qazanıb.


Digər xəbərlər

Xəbər xətti