Azərbaycan Rioda 9-cu medalı qazandı

10:11 15 Sentyabr 2016

Azərbaycan üzgüçüsü Roman Saley Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında ikinci medalını qazanıb.

100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarının final mərhələsində atletimiz məsafəni 1:00,91 dəqiqəyə qət edərək Rio Paralimpiadasının gümüş medalına sahib olub. Bu, ölkəmizin sözügedən turnirdə qazandığı 9-cu medal olub.

Digər üzgüçümüz Dmitri Saley isə yarışı 6-cı pillədə başa vurub.

Qeyd edək ki, bir gün əvvəl Roman Saley 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında gümüş medala sahib olub.

Əlavə edək ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıb.


Xəbər xətti