Futzal üzrə Azərbaycan millisi İspaniya ilə üz-üzə

15:09 15 Sentyabr 2016

Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası bu gecə ikinci oyununa çıxacaq.

“F” qrupunda yarışan millimizin rəqibi Avropa çempionu İspaniya olacaq.

Kolumbiyanın Medellin şəhərindəki “Coliseo İvan de Bedout” İdman Kompleksində təşkil olunacaq qarşılaşmanı italiyalı hakim Alessandro Malfer idarə edəcək.

Mundialdakı ilk görüşdə Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gələn futzalçılarımız hazırda “F” qrupuna liderlik edirlər. İranı 5:1 hesablı məğlub edən İspaniya da eyni xala malikdir.

Qeyd edək ki, millimiz qrup mərhələsindəki son oyununu İran yığmasına qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti