Ağır atletika yığmasının üzvləri növbəti medallarla vətənə döndü

11:29 16 Sentyabr 2016

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qız və oğlan atletlər arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir. Yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

30 ölkədən 360 idmançının medallar uğrunda mübarizə apardığı yarışda komandamızın 4 üzvü fəxri kürsüyə qalxıb.

Yaşı 15-ə qədər oğlanların mübarizəsində 50 kq çəki dərəcəsində Rüstəm Qasımov toplam 170 kq (77+93) nəticə ilə, yaşı 17-yə qədər olan atletlərin mübarizəsində 50 kq çəki dərəcəsində isə İsmayıl Məmmədov toplam 174 kq (81+93) nəticə Avropa birinciliyinin bürünc medalına sahib çıxıblar.Yaşı 15-ə qədər oğlanların mübarizəsində 62 kq çəki dərəcəsində Füqan Əliyev toplam 235 kq (105+130) nəticə ilə qızıl medal qazanıb.Yaşı 17-yə qədər olan qızların mübarizəsində 48 kq çəki dərəcəsində Səbinə Əzimova toplam 152 kq (65+87) nəticə ilə karyerasında ikinci dəfə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.

Artıq medal qazanan idmançılar vətənə dönüblər. Onları Heydər Əliyev adına Beynəlxalq Hava limanında Federasiya rəsmiləri, çoxsaylı azarkeşlər və KİV nümayəndələri qarşılayıb.

Sentyabrın 17-də başa çatacaq yarışda yığmamız hazırda komandalar və medal hesabında liderlər qrupunda qərarlaşıb.


Xəbər xətti