Üzgüçümüz finalda!

01:10 17 Sentyabr 2016

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında Azərbaycan idmançıları da iştirak ediblər.

 

Sportarena.az xəbər verir ki, təsnifat mərhələsində məsafəni 53,82 saniyəyə qət edən Dmitri Saley ümumi sıralamada 6-cı olub və finala yüksəlib.


Digər üzgüçümüz Roman Saley həlledici mərhələyə vəsiqə qazana bilməyib. Təsnifat mərhələsində məsafəni 54,32 saniyəyə qət edən üzgüçümüz doqquzuncu olub.


Qeyd edək ki, təsnifat mərhələsində ilk səkkiz yerdə qərarlaşan üzgüçülər finala yüksəliblər.


Digər xəbərlər

Xəbər xətti