Çempionlar Liqasının ən yaxşı oyunçusu Messi oldu

11:28 17 Sentyabr 2016

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
UEFA-nın  yaydığı xəbərə görə, azarkeşlər arasında aparılan sorğuya əsasən, "Barselona"nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. O, səslərin 38 faizini toplayıb.
Qeyd edək ki, L.Messi "Seltik"ə qarşı Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda bu həftə keçirilən görüşündə (7:0) 3 qol vurub, 1 qolun ötürməsini verib.


Xəbər xətti