Millimizin baş məşqçisi tarixi qələbəni şərh etdi

10:33 23 Sentyabr 2016

Futzal üzrə millimizin futbolçusu Milton Luis Ziller dünya çempionatının 1/8 finalında Taylanda 13:8 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, 1/4 finala yüksəldikləri qarşılaşma haqda bunları deyib:

"Çox maraqlı, bir qədər də, belə demək mümkünsə, qeyri-adi hesabla yekunlaşan oyun oldu. Qarşılaşmanın gedişi bir neçə dəfə dəyişdi. Həm hesab, həm də oyunun xarakteri baxımından. Bizim də, rəqibimizin də üstün olduğu məqamlar vardı. Lakin ən vacibi budur ki, qələbə qazandıq və dünya çempionatında irəliyə doğru daha bir addım ata bildik. Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik".


Xəbər xətti